Azərbaycanda istehlak krediti götürən fiziki şəxslərin həyatını sığortalaması sürətlə genişlənəcək.
“Report” xəbər verir ki, bunu “Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) və “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliklərinin birgə təşkilatçılığı ilə keçirilən mətbuat konfransında ABA-nın prezidenti Zakir Nuriyev bildirib.
“Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları”na və “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”na əlavə və düzəlişlər istehlak krediti götürmək istəyən müxtəlif əhali qruplarının daha əlverişli şərtlərlə həyat sığortasına əlçatanlığını təmin edəcək”, – deyə o əlavə edib.