İyun 21, 2025-19:40
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

Zaqatalalı fermerlər bu günədək 3253 ton yaşıl tütün kütləsi təhvil veriblər

2023:11:14 - 16:00
in GÜNDƏM
A A

Yaponiyanın “Tet İnternational Development” şirkətinin törəmə müəssisəsi olan “Zaqatala AGRO İndustry” MMC tərəfindən bu il Balakən, Zaqatala, Qax və Şəki rayonlarında 389,5 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib. Şirkətin Zaqatala rayonunda fəaliyyət göstərən tütünqurutma məntəqəsində fermerlərdən yaş tütünün qəbulu artıq yekunlaşmaq üzrədir. Mövsümün əvvəlindən bu günədək məntəqəyə istehsalçılardan 3252,7 ton yaşıl tütün kütləsi daxil olub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə “Zaqatala AGRO İndustry” MMC-dən məlumat verilib.

Bildirilib ki, tütün istehsalı ilə əlaqədar bu il həmin rayonlarda 47 fermerlə müqavilə bağlanılıb. Bağlanılan müqavilələr üzrə tütün əkiləcək sahələr 238,5 hektar təşkil edir. Eyni zamanda, cari mövsümdə fermerlər fərdi müqavilələr üzrə şirkət tərəfindən verilmiş toxumla təsərrüfatlarında 151 hektar sahədə tütün əkiblər.

Fermerlərdən Təranə Quliyeva indiyədək qəbul məntəqəsinə 411,8 ton, Rahib Əliyev 213,6 ton, Mehman Əhmədov 173,9 ton, Akif Kələşov 166,6 ton, Məmmədiyə Muradov 155,2 ton, Mustafa Qallayev 149,1 ton yaş tütün təhvil veriblər.

Məntəqədən verilən məlumata görə, indiyədək emal məntəqəsində 428,6 ton quru tütün istehsal edilib.

Qeyd edək ki, ötən il müəssisədə 311 ton quru tütün istehsal edilib və məhsul əsasən Rusiya bazarlarına ixrac olunub.

Əvvəlki Yazı

Sahibə Qafarova gələn ilin büdcə zərfinin müzakirəsində bəzi deputatların iradlarına narazılıq edib

Növbəti Yazı

Vergi ödəyicilərinə 335 minə yaxın “Asan İmza” sertifikatı verilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.