ABŞ prezidenti Donald Trampın BRİKS ölkələrinə rüsum tətbiq etməsi ilə bağlı ritorikası ABŞ-ın iqtisadi sanksiyalardan siyasi təzyiq üçün istifadə etdiyini təsdiqləyir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
Bundan əvvəl ABŞ prezidenti BRİKS-in “antiamerikan” siyasətini dəstəkləyən ölkələrə əlavə on faizlik rüsumların tətbiq ediləcəyini açıqlamışdı.
“Bu cür ritorika bir daha təsdiqləyir ki, Amerika Birləşmiş Ştatları, necə deyərlər, ədalətli rəqabət, milli təhlükəsizlik şüarları arxasında gizlənərək, siyasi təzyiq elementi kimi ticarət-iqtisadi alətlərdən, istər qeyri-qanuni sanksiyalardan, istərsə də tariflərdən istifadə etməkdə davam edir. Əlbəttə, biz təəssüflə qeyd etmək məcburiyyətindəyik ki, belə bir xətt beynəlxalq əməkdaşlığın mövcud qaydaları və arxitekturasının dağıdılmasına gətirib çıxarır. Ticarət Təşkilatı və azad ticarət prinsipləri, yeri gəlmişkən, Vaşinqtonun özü də bu yaxınlarda universal həqiqət kimi israr edir”, – diplomat qeyd edib.