ABŞ prezidenti Co Baydenin ruhi vəziyyəti ilə bağlı həqiqəti gizlədən ABŞ mediası və siyasətçilərinin sui-qəsdinə dair araşdırma onun prezidentlik yarışında iştirakdan imtina etməsindən sonrakı addım olmalıdır. Bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Növbəti addım onun psixi vəziyyəti ilə bağlı əsl vəziyyəti gizlədən, ictimai rəyi manipulyasiya edən və bir siyasi partiya ilə oynayan Amerika mediası və siyasi dairələrinin sui-qəsdinin araşdırılması olmalıdır”, – diplomat vurğulayıb. (Tass)