Ermənistanın Avropaya inteqrasiyasının nəticəsi erməni əhalisinin tam yoxsullaşması ola bilər. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
“Ermənistan məhsulları daha yüksək rüsumlarla üzləşəcək, bütün bunlar ÜDM-in artım tempinin kəskin aşağı düşməsinə səbəb olacaq. Məsələn, mən hesab edirəm ki, bu, əsas məsələdir, çünki bu, sadəcə olaraq, bu gün mənfəət və rentabelliyə deyil, sadəcə olaraq “İnkişaf üçün” zərbə olacaq, – diplomat bildirib. “Əgər biz istehsalın miqyasından, Ermənistan əhalisindən danışırıqsa, bu, sadəcə olaraq, tamamilə yoxsullaşmaya səbəb ola bilər”.
Zaxarova həmçinin Ermənistan mallarının ixracının 80% azalacağını proqnozlaşdırıb. Eyni zamanda, İrəvanın Aİİ ölkələri ilə ticarət dövriyyəsini hətta ortamüddətli perspektivdə alternativ mənbələrlə əvəz etmək mümkün deyil, diplomat vurğulayıb. “Ermənistanda bəzi ekspertlər iddia edirlər ki, Qərb, xüsusən də Avropa İttifaqı guya hər şeyin əvəzini ödəməyə hazırdır”, – deyə o, sözlərinə belə davam edib: “Qulaq as, onlar hər şeyi ödəyəndə sora nəticələri necə olur, biz bunu bilirik, bu nümunələri görürük”. (Tass )