İrəvana Rusiya ilə Ermənistan arasında münasibətlərin inkişaf perspektivləri ilə bağlı suallar verilməlidir; Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
“Bütün “temperatur ölçüləri” buradadır, lütfən, sizin suallarınız bura yönəlib, bu, Ermənistanla müttəfiqlik səviyyəsindən irəli gəlib”, – deyə diplomat Moskva ilə İrəvan arasında siyasi sahədə əlaqələrin inkişaf perspektivləri haqqına suala cavab verərkən deyib.
Zaxarova iki ölkə arasında münasibətləri “ikitərəfli küçə” adlandırıb. “Bizim tərəfimizdən bu küçədə heç vaxt ziqzaq olmayıb və lütfən, hər şeyi rəsmi İrəvandan soruşun”, – Rusiya diplomatik xidmətinin nümayəndəsi sualı verən jurnalistə müraciət edərək vurğulayıb. (Tass)