Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə deyib ki, İranın nüvə obyektlərinə yeni zərbələrin endirilməsi ilə bağlı müntəzəm təhdidlər narahatlıq doğurur.
“İrana qarşı nüvə obyektlərinə yeni raket və bomba zərbələri endirməklə bağlı mütəmadi təhdidlər ciddi narahatlıq doğurmaya bilməz. Bu cür bəyanatların rüsvayçılığına onların nüvə silahının yayılmaması ilə bağlı xəyali narahatlıq pərdəsi altında verilməsi də əlavə olunur”, – diplomat bildirib. “Qeyd etmək istərdim ki, söhbət nüvə silahından gedir”.