Kiyev Rusiya Federasiyası ilə hərbi qarşıdurmanın genişlənməsinə mərc edir və sülh təkliflərinə məsuliyyətsizcəsinə məhəl qoymur. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin (QQ) rəis müavini, general-leytenant Yaroslav Moskalikin ölümü ilə bağlı şərhində bildirib.
“Əgər istintaq bu işdə Ukrayna izini təsdiqləsə, bu, Rusiya ilə hərbi qarşıdurmanın genişlənməsinə mərc edən və münaqişənin diplomatik yolla həllinə yönəlmiş konstruktiv təkliflərə məsuliyyətsizcəsinə məhəl qoymayan Kiyev rejiminin barbar və xain mahiyyətini bir daha dünya ictimaiyyətinə nümayiş etdirəcək”. (Tass)