Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri üzərində iş gedir. Bu barədə Rusiya diplomatik missiyasının rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə məlumat verib.
“Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri ilə bağlı deyə bilərəm ki, bu, üzərində iş gedir. Biz bu məsələ ilə bağlı sizinlə mütləq ətraflı məlumat paylaşacağıq”, – diplomat bildirib. (Tass )