Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova TASS-a bildirib ki, Rusiya tərəfi Rusiyanın xarici işlər naziri Sergey Lavrovun oktyabrın 23-də Tehranda planlaşdırdığı danışıqları təsdiqləyib.
“Biz Lavrovun bazar ertəsi Tehranda keçirilməsi planlaşdırılan danışıqlarını təsdiqləyirik”, – o deyib.
Bundan əvvəl IRNA agentliyi Azərbaycan, Ermənistan, İran, Rusiya və Türkiyə xarici işlər nazirlərinin oktyabrın 23-də Tehranda “3+3” formatında görüş keçirə biləcəyini bildirmişdi.
Cümə günü, oktyabrın 20-də Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan respublikanın Tehranda “3+3” formatı çərçivəsində xarici işlər nazirlərinin regional görüşündə iştirak etmək üçün İran tərəfdən dəvət aldığını bildirib. (Tass)