Rusiya ilə Türkiyə arasında əməkdaşlıq görünməmiş səviyyəyə çatıb, ikitərəfli münasibətlərin tarixində heç vaxt belə səmimi siyasi dialoq olmayıb. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova TASS-da “Rusiya – Türkiyə: əməkdaşlığın möhkəmləndirilməsində medianın rolu” adlı dəyirmi masada deyib.
“Dinamik inkişaf edən ikitərəfli münasibətlər [Rusiya və Türkiyə] bir neçə əsas şeyə əsaslanır. Birincisi, bu, ən yüksək səviyyədə və görünməmiş səmimi siyasi dialoqdur. Deyə bilərik ki, ikitərəfli münasibətlərimizin tarixində belə səmimi münasibətlər olmuyub, icmanın qalan hissəsinə təkan verən zəngin, məhsuldar, effektiv qarşılıqlı əlaqə, yəqin ki, heç vaxt mövcud olmayıb”, – diplomat bildirib.
Zaxarovanın sözlərinə görə, Rusiya ilə Türkiyə arasında münasibətlərin əsasını həm də qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq təşkil edir. “Təəccüblüdür ki, bizi – həm Rusiyanı, həm də Türkiyəni daima kifayət qədər azadlıqda, cəmiyyətin inkişafının əsası və fəlsəfəsi kimi liberalizmin olmamasında ittiham edirlər. Bəs liberalizm nədir? Liberal iqtisadiyyatdır, ona uyğun inkişaf edən iqtisadiyyatdır. Beləliklə, bizim münasibətlərimiz iqtisadiyyatın məhz bu keyfiyyətini nümayiş etdirir”, – Rusiya XİN-in rəsmi nümayəndəsi əlavə edib.
Zaxarovanın sözlərinə görə, Rusiya və Türkiyə arasında ikitərəfli münasibətlərin ayrıca bloku mədəni-humanitar əməkdaşlıqdır. “Hər şey buradadır: tələbələrin qarşılıqlı mübadiləsindən, hətta dövlət səviyyəsində deyil, qeyri-hökumət təşkilatları, təsərrüfat subyektləri səviyyəsində həyata keçirilən sonsuz mübadilədən tutmuş, əlbəttə ki, bənzərsiz bir fenomenə qədər. Bu ikitərəfli əlaqələri hər gün quran, lakin öz ailələri daxilində xüsusi bir subkultura təşkil edən müştərək ailələrdir” deyə o, yekunlaşdırıb. (Tass)