Rusiya Baltikdə Rusiya gəmilərinə qarşı qanunsuz hərəkətlər edəcəyi təqdirdə NATO üzvü kimi Estoniyanın yaratdığı risk və təhdidlərə mütənasib şəkildə cavab verəcək. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
Diplomat xatırladıb ki, aprelin 14-də Estoniya qanunvericiliyində Estoniya Hərbi Dəniz Qüvvələrinə xarici gəmilərə qarşı güc tətbiq etmək hüququ verən düzəlişlər qüvvəyə minib, buna əsasən onlar “mülki gəmiləri tuta, istiqamətini dəyişdirməyə və ya başqa üsullarla kursu dəyişməyə, zərurət yaranarsa, hətta onları batırmağa məcbur edə bilərlər.
“Əgər hərəkətlər Rusiya gəmilərinə qarşı yönələrsə, ölkəmiz NATO üzvü olan Estoniyadan gələn risk və təhdidlərə mütənasib şəkildə cavab verəcək”, – Zaxarova bildirib.
O vurğulayıb ki, Rusiya bu cür “pirat davranışı” qəti şəkildə pisləyir, çünki Estoniya Hərbi Dəniz Qüvvələrinə verilən səlahiyyətlər beynəlxalq hüquq, o cümlədən 1982-ci il BMT-nin Dəniz Hüququ Konvensiyası çərçivəsindən kənara çıxır. (Tass)