Rusiya Qəzza zolağının mülki əhalisinə yardım üçün ümumilikdə 140 tondan çox humanitar yardım göndərib. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
“Biz öz növbəmizdə mülki əhalinin əzablarını yüngülləşdirmək üçün humanitar səylərdə fəal iştirak etməyə davam edirik.Noyabrın 10-da Fövqəladə Hallar Nazirliyinin təyyarələri Kazandan Misirə Qəzza zolağının sakinləri üçün ərzaq və dərman partiyaları çatdırıb. ” deyib.
“Ümumilikdə, Rusiyadan artıq 140 tondan çox humanitar yardım göndərilib və onlar blokadada olan Fələstin anklavının ehtiyacı olan sakinləri arasında bölüşdürülməsi üçün Misir Qızıl Aypara Cəmiyyətinin nümayəndələrinə təhvil verilib”, – diplomat bildirib. (Tass)