ABŞ prezidenti Donald Trampın Ukraynada axan qanın tez bir zamanda dayandırılmasının vacibliyi ilə bağlı açıqlamaları diqqəti cəlb edir və heyranlığa səbəb olur. Bunu XXIII Beynəlxalq Lixaçov Elmi Oxumalarında çıxış edən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Diplomat qeyd edib ki, son on ildə ilk dəfədir ki, “ABŞ-ın siyasi mənzərəsində “böhranın əsas səbəbi” ifadəsini səsləndirən bir fiqur peyda olub ki, bunu dövlət katiblərindən heç biri belə etməyib, baxmayaraq ki, onlara “münaqişənin tarixini bilmək üçün pul verilir”.
“Buna görə də, təbii ki, onun bəyanatları, özünün dediyi kimi, əvvəlki administrasiya tərəfindən “kələk” adlandıraraq başlanmış dəhşətli qan tökülməsinə son qoyulması zərurətinə aid olan hissədə diqqət və hörmət doğurur”, – Zaxarova qeyd edib. (Tass)