Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, ABŞ-ın yeni administrasiyası hələlik Ukrayna nizamlanması ilə bağlı mövqeyini formalaşdırmayıb, ona görə də danışıqların perspektivləri barədə danışmaq tezdir.
“Ukrayna ətrafında böhranın həllində ABŞ-ın mümkün roluna gəlincə, hər şey yeni administrasiyanın (ABŞ-ın ) konkret hərəkətlərindən və planlarından asılı olacaq”, – diplomat bildirib. “Hazırda çoxlu sözlər, çoxlu bəyanatlar var, lakin atılan addımlarla bağlı heç bir aydınlıq və ya əminlik yoxdur”, o, Vaşinqtonun hərəkətlərini təsvir edib. Zaxarova vurğulayıb ki, Rusiya Federasiyası ABŞ-ın atacağı konkret addımları rəhbər tutacaq. (Tass)