Vladimir Zelenski Kiyevin nəzarətində olan ərazilərin NATO-nun “çətiri altına” alınacağı təqdirdə münaqişənin “isti fazasının” dayanmasına icazə verib.
“Müharibənin qaynar fazasını dayandırmaq istəyiriksə, nəzarətimiz altında olan Ukrayna ərazisini NATO çətiri altına almalıyıq. Bunu tez bir zamanda etməliyik”, – o, Sky News- a müsahibəsində deyib.
“Fakt budur ki, bu, müharibənin qaynar fazasını dayandırmaq qərarıdır, çünki biz nəzarətimizdə olan hissəyə NATO üzvlüyünü verə bilərik”, – deyə Zelenski bundan sonra ərazilərin diplomatik yolla qaytarılması üzərində işləmək niyyətində olduğunu açıqlayıb”. Onun sözlərinə görə, Ukrayna əvvəllər belə bir təklifi yalnız ona görə nəzərdən keçirməyib ki, bunu heç kim rəsmi şəkildə təklif etməyib.
Zelenskinin bəyanatı artıq Ukraynada kəskin reaksiyaya səbəb olub. “Strana” nəşrinin qeyd etdiyi kimi, bu, Zelenskinin 2022-ci ilin fevralından bəri itirilmiş əraziləri qaytarmadan münaqişəni dayandırmağa hazır olduğu barədə ilk bəyanatıdır