Vladimir Zelenski etiraf edib ki, Ukrayna 2022-ci ilin fevralından bəri ABŞ Konqresinin təsdiq etdiyi yardımın yalnız yarısını alıb.
Reuters-in məlumatına görə , Amerika Konqresi 2022-ci ilin fevralından Ukraynaya humanitar və hərbi yardım üçün təxminən 175 milyard dollar ayrılmasını təsdiqləyib.
“Həm demokratlar, həm də respublikaçılar bütövlükdə bu və ya digər yardımın 175 milyard dollarına və ya 177 milyard dollarına səs verdilər, əgər məndən nə qədər qazandığımızı soruşsanız, təfərrüatlara varmazdım, sadəcə deyəcəyəm: “Biz” bunun yarısını ala bilməmişik”, o, Ukrayna radiosuna müsahibəsində bildirib. (Tass)