Vladimir Zelenski Ali Baş Komandanın Qərargahının tərkibinin yenilənməsi haqqında fərman imzalayıb.
Fərmana əsasən, indi onun tərkibinə müdafiə nazirinin müavini Sergey Boyev, Zelenskinin ofisinin rəhbəri Kirill Budanov və Baş Kəşfiyyat İdarəsinin rəisi Oleq İvaşçenko daxildir. Dövlət Sərhəd Xidmətinin keçmiş rəisi Sergey Deyneko qərargahdan uzaqlaşdırılıb.
Ali Baş Komandanın Qərargahı dövlətin müdafiəsini əlaqələndirən idarəetmə orqanıdır. O, Ukrayna Silahlı Qüvvələrinə, digər hərbi birləşmələrə və hüquq-mühafizə orqanlarına strateji rəhbərlik edir. (Tass)
