Vladimir Zelenskinin Cənubi Afrika Respublikasına dövlət səfəri 2025-ci il aprelin 10-da baş tutacaq. Bu barədə TASS-a Cənubi Afrika prezidentinin rəsmi nümayəndəsi Vinsent Maqvenya məlumat verib.
“Səfər aprelin 10-na planlaşdırılıb. Maqvenya əlavə edib ki, səfər Cənubi Afrikanın Rusiya və Ukrayna arasında vasitəçilik etmək üçün davam edən səylərinin bir hissəsidir.
Dəvət Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosadan gəlib. Yanvar ayında göndərilib. (Tass)