Vladimir Zelenski bildirib ki, hazırda Avropa ölkələri hərbi cəhətdən zəifdir və ABŞ-ın dəstəyi olmadan Kiyev məğlub olacaq.
O, ARD televiziyasına müsahibəsində “Avropa bu gün zəifdir” dedi . Zelenski hesab edir ki, son üç ildə vəziyyət bir qədər yaxşılaşıb, lakin “qoşunların sayı, döyüş hissələrinin sayı, donanma, hərbi hava qüvvələri, pilotsuz təyyarələr baxımından” Avropa zəifdir.
Eyni zamanda o hesab edir ki, “ABŞ-ın dəstəyi olmadan Ukrayna mütləq qalib gələ bilməyəcək”. Eyni zamanda o, Ukrayna ilə bağlı Kiyevin iştirakı olmadan bağlanan sazişləri rədd edib.(Tass)