Vladimir Zelenski baş nazirin birinci müavini və iqtisadiyyat naziri Yuliya Svırıdenkonun Ukrayna hökumətinə başçılıq etməsini təklif etdiyini açıqlayıb.
“Mən Yuliya Svırıdenkonun Ukrayna hökumətinə başçılıq etməsini və onun işini əhəmiyyətli dərəcədə yeniləməyi təklif etmişəm. Yeni hökumətin fəaliyyət planının yaxın vaxtlarda təqdim ediləcəyini gözləyirəm”, – Zelenski Svırıdenko ilə görüşündən sonra Telegram kanalında yazıb. (Tass)