Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, onun münaqişəyə son qoymaq planının bütün bəndlərinin həyata keçirilməsi tamamilə ABŞ lideri Co Baydendən asılıdır.
“Orada bir neçə məqam var. Və hər bir məqam Baydenin qərarından asılı olacaq”, – deyə Zelenski Kiyevdə keçirilən qondarma Yalta Avropa Strategiya konfransında jurnalistlərə bildirib. O əlavə edib ki, “sözü Amerika prezidentinə verdiyi üçün” təşəbbüsünü tam açıqlaya bilməyib. Zelenski deyir ki, planı təqdim etmək üçün Baydenlə görüşü sentyabrda baş tutacaq.
Bundan əvvəl Zelenski münaqişəyə son qoymaq planının olduğunu bildirib. Kiyev dəfələrlə üçüncü ölkələrin sülh və vasitəçilik təşəbbüslərini rədd edərək, onların sırf Zelenski düsturunu təşviq edəcəklərini bəyan edib. Bu yaxınlarda Ukrayna lideri “Métropoles” internet portalına müsahibəsində Braziliya və Çinin münaqişənin həlli planını kəskin tənqid edib və dağıdıcı adlandırıb, həmçinin Almaniya kansleri Olaf Şolzun “sülh planı” haqqında heç nə bilmədiyini bildirib. (Tass)