Ukrayna prezidenti Vladimir Zelenski etiraf edib ki, Qərbin köməyi olmadan Ukraynanın hərbi əməliyyatları davam etdirmək şansı yoxdur.
“Mən sizə açıq deyə bilərəm ki, bu [Qərb] dəstəyi olmadan bizim qalib gəlmək şansımız yoxdur”, o, PBS telekanalına müsahibəsində Kiyevin silaha ehtiyacını təkrarlayıb.
Zelenski daha əvvəl etiraf etmişdi ki, Ukrayna ABŞ-ın köməyi olmadan öz briqadalarını silahlandıra bilməyəcək.
O, həmçinin bəyan edib ki, Rusiya Silahlı Qüvvələrinin potensialı Ukraynanın imkanlarından dəfələrlə çoxdur.
(Tass)