Kiyevin müttəfiqləri Ukrayna ərazisi üzərində Rusiya raketlərini və pilotsuz təyyarələrini vurmağa hazır deyil, ölkə prezidenti Vladimir Zelenski Kiyevdə NATO-nun yeni baş katibi Mark Rutte ilə görüşündən sonra etiraf edib.
“Müttəfiqlərin [Ukrayna ərazisi üzərində Rusiya raketləri və dronlarını] vurmağa hazır olub-olmamasına gəlincə, biz hələ ki, hamı ilə işləyirik”, – Zelenski alyansın saytında yayımlanan mətbuat konfransında deyib.
Zelenski şikayət edib ki, Qərb ölkələri Ukraynanın yox, İsrailin hava məkanının qorunmasında yardım göstərməyə hazırdır. “Əlbəttə, mən istəyirəm ki, insanlar Ukraynanı unutmasınlar (Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda – TASS qeydi)” o, bir daha Kiyevi “müvafiq silahlarla” təmin etməyə və Rusiya Federasiyasının dərinliklərinə zərbələr endirməklə əlaqəli qərar verməyə çağırıb. (Tass)