Vladimir Zelenski etiraf edib ki, Ukrayna silahlı qüvvələri itirilmiş əraziləri geri qaytarmaq iqtidarında deyil.
“Ordumuzun buna gücü çatmır, bu doğrudur” deyə o , Kyodo agentliyinə müsahibəsində bununla bağlı sualı cavablandırıb.
O, həmçinin əlavə edib ki, Ukraynadakı münaqişə “çətin dövrə” daxil olub.
Zelenski əvvəllər təkid edirdi ki, Ukrayna münaqişəni 1991-ci il sərhədlərinə qayıdana qədər davam etdirməlidir, lakin son həftələrdə həm o, həm də onun ofisinin rəhbəri Andrey Yermak bunun mümkün olmayacağını etiraf etməyə başlayıblar. (Tass)