Ölən ukraynalı əsgərlərin sayı Kiyevin gətirdiyi rəqəmlərdən “on minlərlə” çox ola bilər, çünki taleyi dəqiq müəyyən edilməmiş döyüşlərdə itkin düşənlər var. Bu barədə Vladimir Zelenski NBC telekanalına müsahibəsində bildirib.
“Ölmüş 46 min əsgərimiz var, 380 min, məncə, yaralanıb. Və daha on minlərlə döyüşdə və ya əsirlikdə itkin düşənlər var. Bunu dəqiq bilmək mümkün deyil, çünki döyüşdə itkin düşənlər ölmüş və ya əsirlikdə ola bilər”, – o deyib. (Tass)