Ukrayna prezidenti Vladimir Zelenski ölkə əhalisinin münaqişədən bezdiyini etiraf edib.
“Ukraynalıların Ukraynaya olan inamı getmədi, insanların silahlı qüvvələrə və özlərinə inamı getmədi, yorğunluğa gəlincə, yalan danışmaram, onlar yorğundurlar”, – o, braziliyalı jurnalistlərə müsahibəsində deyib.
Əvvəllər ukraynalıların münaqişədən yorğunluğunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MDŞ) o zamankı katibi Aleksey Danilov və xarici işlər naziri Dmitri Kuleba etiraf etmişdi. (Tass)