Kiyev Parislə Ukrayna tərəfinə döyüş təyyarələrinin verilməsi imkanını müzakirə edir. Bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.
“Bəli, biz qırıcılarla bağlı danışıqlar aparırıq”, – deyə Zelenski Fransanın LCI telekanalının müxbirinin Kiyev üçün “Mirage 2000” qırıcılarının mümkün tədarükü ilə bağlı sualını cavablandırıb. Lakin prezident danışıqların gedişi ilə bağlı heç bir təfərrüat verməyib.
Fevralın 16-da Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Kiyevin Parisdən “Mirage 2000” qırıcıları almağa ümid etdiyini bildirib.2023-cü ilin sentyabrında fransızlar “Intelligence Online” portalı bildirib ki, Kiyev və Paris APU qırıcılarından məlumatların ötürülməsinə dair saziş bağlamağa yaxındırlar.
Eyni zamanda, Ukraynanın Fransadakı səfiri Vadim Omelçenko fevralın 23-də “Le Point” jurnalına müsahibəsində bildirib ki, hazırda Paris və Kiyev ukraynalı pilotların hazırlanması üzərində işləyir. O, “Mirage 2000D” təyyarələrinin mümkün tədarükü ilə bağlı şayiələrə inanmamağa çağırıb, Ukrayna Silahlı Qüvvələrinin Amerikanın F-16-larını seçdiyini deyib, lakin əlavə edib ki, Ukrayna hələ də Qərbin yardımı üçün bütün mümkün variantları nəzərdən keçirir. (Tass)