Vladimir Zelenski Ukraynada hərbi vəziyyətin və ümumi səfərbərliyin daha 90 gün – fevralın 8-dən mayın 9-dək uzadılmasını nəzərdə tutan qanunu imzalayıb. Bu barədə Ali Radanın saytında məlumat verilib.
Yanvarın 15-də parlament hərbi vəziyyətin və ümumi səfərbərliyin uzadılmasına səs verib.
Əvvəlki uzadılma müddəti fevralın 7-də başa çatıb. (Tass)