Ukrayna prezidenti Vladimir Zelenski Ali Radanın hərbi vəziyyət və ümumi səfərbərliyin daha 90 gün – mayın 13-dək uzadılması haqqında qəbul etdiyi qanunları imzalayıb. Bunu Ukrayna parlamentinin saytındakı məlumatlar sübut edir.
Hər iki sənədin vəsiqələrində “Prezidentin imzası ilə geri qaytarıldı” yazılıb. Rada fevralın 6-da Zelenskinin təqdim etdiyi qanun layihələrini qəbul edib.
Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik 2022-ci il fevralın 24-də tətbiq edilib. Həmin vaxtdan artıq onuncu dəfə müvafiq qərar qəbul edilib. Hərbi vəziyyətin mütəmadi olaraq uzadılması ölkədə ötən il oktyabrın sonuna təyin edilmiş parlament seçkilərinin keçirilməsini qeyri-mümkün edib. Ukrayna Konstitusiyasına görə, hərbi vəziyyət zamanı səsvermə təşkil edilə bilməz. Yeni uzadılma yazda prezident seçkilərinin keçirilməsini hüquqi cəhətdən qeyri-mümkün etdi. (Tass)