Ukrayna prezidenti Vladimir Zelenski HƏMAS-ın İsrailə hücumu fonunda Qərbin Ukrayna münaqişəsinə diqqətinin azala biləcəyindən ehtiyat edir.
“Dünya ictimaiyyətinin Ukraynaya diqqəti azala bilər”, – Zelenski Fransanın France 2 telekanalına müsahibəsində deyib . O, fikrini izah etmədən bunun nəticələrinin olacağını qeyd edib.
Eyni zamanda, Ukrayna prezidenti iddia edib ki, “Kiyevə yardım dayandırılarsa, zaman Rusiyanın tərəfində oynayacaq”. Eyni zamanda, Zelenski “ABŞ-ın davamlı dəstəyinə ümid etdiyini” deyib. (Tass)