İstanbulda keçirilən danışıqlarda Ukrayna nümayəndə heyəti Rusiya tərəfi ilə atəşkəs rejimini müzakirə etməyi planlaşdırır. Bunu Vladimir Zelenski deyib.
“Onların (nümayəndə heyəti üzvlərinin) mandatı olacaq, atəşkəs bir nömrəli məsələdir”, – o, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlardan sonra keçirilən brifinqdə deyib. (Tass)