Vladimir Zelenski Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda danışıqları “həll yollarına gətirib çıxarmayacaq” səviyyədə davam etdirməyi mənasız hesab etdiyini bildirib və Kiyevin irəli sürdüyü qeyd-şərtsiz atəşkəsin də adını çəkib.
“Onlar mübadilələrə hazırdırlar, çünki buna ehtiyac var. Biz mübadilələrə hazırıq, amma mən hesab edirəm ki, İstanbulda diplomatik görüşləri heç nəyi həll etməyən səviyyədə davam etdirmək mənasızdır, mən belə hesab edirəm. Fikrimcə, mübadilələr gedir və olmalıdır. Ruslar atəşkəsə hazır deyillər, ən azından nümayəndə heyətlərinin səviyyəsi buna qərar verməyə hazır deyil”, – o bildirib. Eyni zamanda o, Rusiya tərəfinin təhvil verdiyi memorandumu “ultimatum” adlandırıb.
İstanbulda Ukrayna və Rusiya Federasiyasının nümayəndə heyətləri arasında birbaşa danışıqların iki raundu keçirilib. İlk görüş “1000-ə 1000” düsturuna əsasən, münaqişə başlayandan bəri ən böyük məhbus mübadiləsi ilə nəticələndi. İkinci görüş zamanı tərəflər münaqişənin həlli aspektləri ilə bağlı öz baxışlarını əks etdirən sənədlər mübadiləsi aparıb, həmçinin bütün ağır xəstə və ağır yaralı hərbi əsirlərin mübadiləsi barədə razılığa gəliblər. Rusiya 6 min ölən ukraynalı hərbçinin cəsədini Kiyevə təhvil verəcək. Eyni zamanda, Kiyev qeyd-şərtsiz atəşkəsdə israrlıdır. (Tass)