Vladimir Zelenski Kiyevə gələn ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla görüşdüyünü və Avropa ölkələri ilə birlikdə Ukrayna Silahlı Qüvvələri üçün silah alınmasını müzakirə etdiyini bildirib.
“General Keyt Kelloqla görüşüb. Ukrayna üçün hava hücumundan müdafiənin gücləndirilməsi, birgə istehsal, Avropa ilə birlikdə müdafiə silahlarının alınması müzakirə edilib”, – Zelenski Telegram kanalında yazıb. Öz növbəsində, Zelenskinin ofisi əlavə edib ki, söhbət zamanı o, “Ukraynanın Amerika silahlarını, ilk növbədə hava hücumundan müdafiə sistemlərini almağa hazır olduğunu təsdiqləyib”.
ABŞ prezidenti Donald Tramp iyulun 13-də bildirib ki, ABŞ Ukraynaya əlavə silahlar, o cümlədən Patriot raketdən müdafiə sistemi üçün raketlər göndərəcək və bunun əvəzini Avropa İttifaqı ödəyəcək.(Tass)