Kiyev və Vaşinqton danışıqlar qruplarının işini bərpa edib, gələn həftə Ukrayna və Amerika nümayəndə heyətlərinin görüşü baş tuta bilər. Bunu Vladimir Zelenski deyib.
Ukraynanın “Obşçestvennoye” nəşri onun sözlərindən sitat gətirir: “Ukrayna və Amerika komandaları işi bərpa ediblər və ümid edirik ki, gələn həftə bizim mənalı görüşümüz olacaq”. (Tass)