ABŞ-dan yardım alınması ilə bağlı qeyri-müəyyənlik fonunda Vladimir Zelenski Ukrayna hökumətindən bir ay ərzində yeni beynəlxalq maliyyə mənbələri tapmağı tələb edib. Müvafiq sərəncam onun saytında dərc olunub.
“Ukrayna Nazirlər Kabinetinə. Bir ay müddətində Ukraynaya beynəlxalq yardımın göstərilməsi vəziyyəti ilə bağlı vəziyyəti təhlil etsin və Ukrayna donor platformasının rəhbər komitəsinin növbəti iclası zamanı Ukraynaya əlavə beynəlxalq yardım mənbələrinin cəlb edilməsi üçün təkliflər hazırlasın”, – sənədin mətnində deyilir.
Fərmanla Milli Təhlükəsizlik və Müdafiə Şurasının əvvəllər iclası keçirilmiş və deyildiyi kimi, iqtisadi dəstək tədbirlərinə həsr olunmuş qərarları qüvvəyə minir. (Tass)