Ukrayna prezidenti Vladimir Zelenski hesab edir ki, onun dövlət başçısı kimi səlahiyyət müddəti hələ başa çatmayıb.
“Beş ilim prezident kimi hələ bitməyib, çünki hərbi vəziyyət davam edir”, – Zelenski Reuters-ə müsahibəsində deyib.
O əlavə edib ki, fəaliyyətini qiymətləndirə bilməyib, çünki “çox etik deyil”.
Ukrayna Konstitusiyasına əsasən, 2019-cu ildə 5 il müddətinə seçilən Zelenskinin prezident səlahiyyətləri mayın 21-nə keçən gecə başa çatıb. Lakin müharibə şəraitində Kiyev prezident seçkilərini keçirməkdən imtina etdi, baxmayaraq ki, ölkənin hüquq sistemi bu vəziyyətdə yalnız parlament seçkilərinin təşkilini qadağan edir. (Tass)