Vladimir Zelenski Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Rustem Umerovun bəyanatına istinadən bildirib ki, Rusiya və Ukrayna nümayəndə heyətlərinin növbəti görüşü iyulun 23-nə planlaşdırılıb və Türkiyədə baş tutacaq.
“Bu gün mən Rustem Umerovla əsirlərin mübadiləsinə hazırlığı və Rusiya tərəfi ilə Türkiyədə növbəti görüşü müzakirə etdim. Umerov görüşün çərşənbə gününə planlaşdırıldığını deyib. Daha ətraflı məlumat sabah təqdim olunacaq”, – Zelenski axşam videomüraciətində deyib.
Daha əvvəl Telegram kanalında yerləşdirdiyi videomüraciətdə o, Rusiya tərəfinə danışıqların bu həftə yeni raundunun keçirilməsi təklifinin İstanbulda danışıqlarda Kiyev nümayəndə heyətinin rəhbəri Umerov tərəfindən irəli sürüldüyünü bildirib.