Vladimir Zelenski sanksiyalardan istifadə edərək Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkonun seçkilərdə iştirakına mane olub. Bu barədə Poroşenkonun vəkili İlya Novikov məlumat verib.
“Orada ayrıca bənd var ki, Poroşenkonun hər hansı səlahiyyətlərə malik olması qadağandır. Və prezidentliyə namizəd olmaq üçün bu vəziyyətə görə ayrıca hesab açmaq lazımdır. Və bunu ona şəxsən Zelenski qadağan edib”, – o, Espresso telekanalına şərhində bildirib.
Onun sözlərinə görə, tətbiq edilən sanksiyaların nəticələri “Poroşenkonun seçkilərdə iştirakının əngəllənməsi” və keçmiş prezidentdən “Roshen” qənnadı fabrikinin müsadirə edilməsi olub. Novikov mövcud vəziyyəti böhran adlandırıb. (Tass)