Agence France-Presse mənbəyə istinadən xəbər verir ki, Vladimir Zelenski Kiyev üçün təhlükəsizlik təminatlarını müzakirə etmək üçün sentyabrın 4-də Parisdə Avropa liderləri ilə görüşməyi planlaşdırır.
“Belə bir görüşün keçirilməsi planlaşdırılır”, – agentliyin mənbəsi bildirib.
Onun sözlərinə görə, Aİ ABŞ prezidenti Donald Trampın görüşdə iştirakını gözləmir. Mənbə əlavə edib ki, əsas mövzu Ukrayna üçün təhlükəsizlik təminatları və “diplomatiyanın təşviqi” olacaq. (Tass)