Vladimir Zelenski ABŞ prezidenti Donald Trampın Rusiya ilə sülh razılaşması üçün irəli sürdüyü şərtləri rədd edib. Bu barədə The Daily Mail məlumat yayıb.
Onun sözlərinə görə, Ağ Evdə Avropa liderləri ilə görüşməzdən əvvəl Tramp Zelenskini Krımın mümkün qaytarılması və NATO-ya üzv olmaq istəyi ilə bağlı düşüncələrdən əl çəkməyə çağırıb.
“Krımın [Barak] Obamaya qaytarılması (12 il əvvəl, atəş açılmadan) və Ukraynanın NATO-ya qoşulması yoxdur. Bəzi şeylər heç vaxt dəyişməz”, – Tramp daha əvvəl Truth Social-da yazmışdı.
Buna cavab olaraq Zelenski ABŞ prezidentinin Ukraynadakı münaqişənin sona çatmasına görə bütün məsuliyyətin onun üzərinə düşdüyü barədə sözlərini tənqid edib və Trampın ərazi güzəştləri ilə bağlı bəyanatı ilə razılaşmayacağını açıqlayıb.
Avqustun 15-də Alyaskada Rusiya prezidenti Vladimir Putinlə görüşəndən sonra Tramp Zelenski ilə, daha sonra Böyük Britaniya, Almaniya, İtaliya, Polşa, Finlandiya və Fransa liderləri, NATO-nun baş katibi və Avropa Komissiyasının rəhbəri ilə telefon danışığı aparıb.