Vladimir Zelenski ABŞ prezidenti Donald Trampla görüşmək üçün Ağ Evə gəlib. Bu barədə Ukraynanın “Obşçestvennoye” telekanalının efirində deyilir.
Tramp Zelenski ilə Ağ Evin pilləkənlərində görüşüb.
Bundan əvvəl Ağ Ev Trampın əvvəlcə Zelenski ilə bir saat danışacaq, sonra Avropa liderlərini qəbul edəcəyi barədə məlumat vermişdi.