ABŞ prezidenti Donald Tramp Vladimir Zelenskinin bu həftənin cümə günü Vaşinqtona Ukrayna mineralları ilə bağlı saziş imzalamaq üçün səfər edəcəyini təsdiqləyib.
“Prezident Zelenski cümə günü gələcək. Bu, artıq təsdiqlənib. Və biz çox böyük razılaşma olacaq saziş imzalayacağıq”, – Tramp Nazirlər Kabinetinin ilk iclasında deyib.