Ukrayna prezidenti Vladimir Zelenski Sergey Şaptalanı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsindən azad edərək, onun yerinə ərazi müdafiə qüvvələrinə komandanlıq edən Anatoli Bargileviçi təyin edib.
“Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisini əvəz etdim. Bu iki il müharibədə göstərdiyi xidmətə görə general-leytenant Sergey Şaptala təşəkkür edirəm. Ali Baş Komandan Aleksandr Sırskinin təklifi ilə general-mayor Anatoli Bargileviç təyin etdim. Baş Qərargahın yeni rəisi kimi”, – deyə Zelenski teleqram kanalında yayımladığı videomüraciətdə bildirib.
Bundan əvvəl Ukrayna KİV-i Valeri Zalujnının Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsindən istefa verməsi ilə yanaşı, Şaptala da daxil olmaqla onun ətrafının da vəzifəsindən azad ediləcəyini bildirmişdi. (Tass)