Ukraynanın Flamingo raketlərinin istehsal xətlərindən biri raket zərbəsi nəticəsində məhv edilib. Bu barədə Vladimir Zelenski Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən mətbuat konfransında bildirib.
“Bizdə onlardan çoxu yoxdur. Raket zərbəsi nəticəsində bir böyük istehsal xətti məhv edilib”, – deyə o, Ukraynanın planlaşdırıldığı kimi Flamingo raketlərinin istehsalını başlatmağı bacarıb-başlamadığı ilə bağlı sualı cavablandırarkən bildirib.
Zelenski əlavə edib ki, bu epizod bir müddət əvvəl baş verdiyi üçün bu barədə danışa bilər.
