Vladimir Zelenski ABŞ-a Ukraynanın faydalı qazıntı ehtiyatlarının 50%-nə sahib olmaq hüququnu verən sazişi imzalamaqdan imtina edib. Bu barədə The Washington Post (WP) qəzetinin köşə yazarı Coş Roqin X- də məlumat verib.
“Burada, Münhendə bir neçə qanunverici mənə dedi ki, ABŞ Konqresinin nümayəndə heyəti Zelenskiyə ondan imzalamasını istədikləri sənəd verib ki, bu sənəd ABŞ-ın Ukraynanın gələcək mineral ehtiyatlarının 50%-nə hüquqlarını verəcək. Zelenski nəzakətlə onu imzalamaqdan imtina edib”, – jurnalist deyib. (Tass)