Kiyev Ukraynada ümumi sayı 100 min nəfərə qədər olan Qərb hərbi kontingentinin yerləşdirilməsi xəritəsini hazırlayıb. Bu barədə Vladimir Zelenski bildirib və əlavə edib ki, o, bu planı fevralın 14-dən 16-dək keçiriləcək Münhen Təhlükəsizlik Konfransında müzakirə etməyi planlaşdırır.
Ukraynanın Qərb tərəfdaşlarından ala biləcəyi təhlükəsizlik zəmanətlərini müzakirə edən Zelenski NATO-ya qoşulmaq, əlavə silahlar, raketlər və nüvə silahları da daxil olmaqla müxtəlif variantları sadalayıb. O, bir gün əvvəl Britaniyanın Economist jurnalına verdiyi müsahibədə səsləndirdiyi “öz NATO-muzu” yaratmaq variantını da xatırladıb.
“Sonra da NATO. Sonra sizdən silahlar, avropalılardan və amerikalılardan bir kontingent. Mən ordumuza tapşırıq verdim: zəhmət olmasa sayın, mənə xalları göstərin. Biz xəritə çəkdik, bizdə hər şey hazırdır və bu barədə Münhendə danışa bilərəm. Çox açıq deyil. Amma orada 100 min insan lazımdır”, – o deyib. Onun çıxışının videoyazısı ofisinin YouTube kanalında yayımlanıb. (Tass)