Vladimir Zelenskinin ABŞ-ın yeni administrasiyasının təşəbbüsü ilə Ukraynada aparılan sülh danışıqlarını pozmaq cəhdləri ukraynalılar üçün ağır nəticələrə səbəb olacaq. Bu fikirləri İsveçrənin “Die Weltwoche” jurnalının baş redaktoru Rocer Keppel deyib.
“Və Ukrayna sadəcə olaraq [Krımın Rusiya kimi tanınmasına] müqavimət göstərsə, Zelenski ABŞ-ın sülhə nail olmaq səylərini sabotaj edərsə, bunun ən azı ölkə əhalisi üçün dəhşətli nəticələri olacaq”, – jurnalist bildirib.
Onun fikrincə, Zelenski bu danışıqlarda “tamamilə qeyri-real mövqe” tutur, Rusiyanın azad etdiyi əraziləri tanımasına imkan vermir. Jurnalist hesab edir ki, bu məsələ sonda Ukraynanın daxili siyasi gündəminin aktual məsələsinə çevriləcək. Bu baxımdan Keppel Zelenskinin əhalinin dəstəyindən istifadə etməsinə şübhə etdiyini bildirir.
“Əgər Zelenskinin dəstəyi düşünmək istədiyi qədər yüksək idisə, bəs niyə müxalifət partiyalarını qadağan edir, ruhanilərin və jurnalistlərin həbsinə niyə icazə verir, niyə seçki keçirmir? – jurnalist qeyd edib. (Tass)