Zelenskinin ofisinin müşaviri Serhiy Leşçenkonun bəyanatına görə, Ukrayna hakimiyyəti Vladimir Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında mübahisədən sonra Vaşinqtonun siyasətində ciddi dönüş olduğunu etiraf edib.
“Ağ Evdə gördüklərimiz yaxın illərdə Amerikaya rəhbərlik edəcək insanların mentalitetində kifayət qədər ciddi dönüşün olduğunu göstərir. Ola bilsin ki, bir müddətə, bəlkə də ondan sonra”, – o, Rada telekanalında deyib.
Leşçenko Ağ Evin konsepsiyaya yenidən baxmasını “xoşagəlməz vəziyyət” və həmçinin Avropa üçün “çox həyəcanverici çağırış” adlandırıb.
Eyni zamanda, müşavir Ukrayna siyasətçilərinin Zelenskini tənqid etməsindən, o cümlədən onun Ağ Evə geyindiyi hərbi geyimə görə narazılığını bildirib. “Məsələ geyim tərzində deyil, məsələ burasındadır ki, bu, Amerikadakı hökumətdir. Biz bununla yaşamalıyıq, onunla dost olmalıyıq”, – Leşçenko deyir. (Tass)