Avqust 23, 2025-18:46
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Ziba Mustafayeva: “Karbon emissiyalarının azaldılması və ekoloji problemlərin həlli innovativ tədqiqatlarla mümkündür”

2024:12:06 - 12:24
in SOSİAL
A A

Elm və tədqiqat iqlim dəyişikliyinə qarşı mübarizədə əsas vasitələrdən biridir.

“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Ziba Mustafayeva bu gün Bakıda keçirilən “Dayanıqlı Ətraf Mühit: Yaşıl Enerjiyə Keçid” mövzusunda Beynəlxalq Elmi Konfransda bildirib.

“Bərpa olunan enerji mənbələri, karbon emissiyalarının azaldılması və ekoloji problemlərin həlli sahəsində irəliləyişlər yalnız innovativ tədqiqatlarla mümkündür. SOCAR olaraq biz təhsil və elmi tədqiqatların dəstəklənməsinə hər zaman böyük önəm veririk və bu istiqamətdə fəaliyyətimizi davam etdiririk. Xüsusilə Bakı Ali Neft Məktəbinin (BANM) innovasiya və tədqiqat mərkəzi vasitəsilə dayanıqlığa yönəlik layihələri dəstəkləyirik. Mərkəz, iqlim dəyişikliyi ilə bağlı suyun təmizlənməsi, tullantıların idarə edilməsi və azaldılması, eləcə də enerji səmərəliliyinin artırılması sahələrində işlər həyata keçirir”, – deyə Z.Mustafayeva qeyd edib.

Onun sözlərinə görə, son bir ildə mərkəzin dəstəyi ilə BANM tələbələrindən ibarət təxminən 20 komanda dayanıqlı inkişaf üzrə müxtəlif elmi yarışmalarda qalib gəlib.

“Bununla yanaşı, SOCAR “yaşıl enerji keçidi” və iqlim dəyişikliyinə qarşı mübarizə sahəsində fəaliyyətini genişləndirmək üçün müxtəlif strukturlarını bu prosesə cəlb edir. Xüsusilə Neft-Qaz Elmi Layihələndirmə İnstitutunun və “Azərbaycan neft təsərrüfatı” jurnalının bu istiqamətdəki rolunu vurğulamaq istərdim”, – SOCAR-ın vitse-prezidenti əlavə edib.

Əvvəlki Yazı

Cəmşid Əmirov: “Sumqayıt və Lənkəranda güzəştli şərtlərlə satılmış mənzillərin seçimi dekabrın 14-dək aparılacaq”

Növbəti Yazı

“Təmiz Şəhər”: Bakıdakı zəhərli qazların 75 %-i avtomobillərin payına düşür

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.